ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş mərhələsinə yaxınlaşdığını və yaxın vaxtlarda bu barədə mühüm qərar elan etmək niyyətində olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, Tramp bu barədə “Axios” portalına müsahibəsində deyib.
Nəşr vurğulayır ki, ABŞ dövlət başçısı ölkəsinin münaqişəyə son qoymaq məqsədilə kütləvi zərbələrin bərpası barədə qərarın verilməli olduğu müharibədə dönüş məqamına yaxınlaşdığını bəyan edib.
“Mən mühüm qərar qəbul etməliyəm. Onların (İranın – red.) ərazisinə qoşun yeridib onları məhv etmək istəyirəm, yoxsa yox? Bu, çox vacib qərardır. Mənimlə hər şey baş verə bilər”, – deyə Tramp vurğulayıb.