Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif “Güclü Ermənistan” partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəməyəqədər məhdudlaşdırıcı tədbirlə bağlı iclas yeddi saatdan çox davam edib.

Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun sahibi olan Samvel Karapetyan 2025-ci ilin iyunundan bəri həbsdədir. O, konstitusiya quruluşunu devirməyə çağırış və iqtisadi cinayətlərdə ittiham olunur.