ABŞ prezidenti Donald Tramp administrasiyası İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçının Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizaları təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, vizalar həm İranın əsas nümayəndə heyətinə, həm də onların fəaliyyəti üçün zəruri hesab edilən müşayiətçi heyətə verilib.
Bununla yanaşı, İran nümayəndə heyətinin üzvlərinə bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Bildirilib ki, diplomatların Nyu-York şəhəri daxilində hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq. Habelə, ABŞ qanunvericiliyinə uyğun olaraq nümayəndə heyətinin üzvlərinə dəbdəbəli malların və bəzi digər məhsulların alınması qadağan ediləcək.
Musavat.com